Penitensiar xidmət: Əli İnsanov özü qardaşının yas mərasimində iştirakdan imtina edib

Penitensiar xidmət: Əli İnsanov özü qardaşının yas mərasimində iştirakdan imtina edib Penitensiar xidmət məhkum Əli İnsanovla bağlı yayılmış məlumatlara münasibət bildirib
Daxili siyasət
27 Oktyabr , 2015 19:57
Penitensiar xidmət: Əli İnsanov özü qardaşının yas mərasimində iştirakdan imtina edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Mətbuatda məhkum Əli İnsanovun qardaşının vəfat etməsi ilə əlaqədar yas mərasimində iştirakına razılıq verilməməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

"Report"un məlumatına görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin məlumatında qeyd olunur ki, Əli İnsanovun vəkillərinin bu məsələ ilə bağlı müraciətinə Penitensiar xidmətdə baxılmış, humanizm və mərhəmət nümayiş etdirilərək müsbət qərara qəbul edilmiş və İnsanova mərasimdə iştirak etmək üçün icazə verilib.

"Lakin, Ə.İnsanov özü bu imkandan istifadə etməkdən imtina etmişdir. Təəssüf ki, belə bir hüzn tədbirini öz maraqları naminə istifadə edən Ə.İnsanovun vəkilləri mətbuatda təhrif edilmiş məlumatlar yaymışlar", - deyə məlumatda bildirilir.

Penitensiar xidmət hesab edir ki, bu kimi hadisədən sui-istifadə edilməsi heç cür mənəviyyata sığmır.

Son xəbərlər

Orphus sistemi