​MSK-ya hesabat verməyən partiyalardan biri dövlət komitəsinin sədr müavininə məxsusdur

​MSK-ya hesabat verməyən partiyalardan biri dövlət komitəsinin sədr müavininə məxsusdur Azərbaycan Naminə Alyans Partiyasının fəaliyyət göstərib-göstərmədiyi məlum deyil
Daxili siyasət
15 Avqust , 2015 15:50
​MSK-ya hesabat verməyən partiyalardan biri dövlət komitəsinin sədr müavininə məxsusdur

Bakı. 15 avqust. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatı verməyən siyasi təşkilatlardan birinə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Abutalıb Səmədovun rəhbərlik etdiyi məlum olub. 

"Report"un məlumatına görə, rəsmi dövlət qeydiyyatından keçən 4 siyasi partiya 2014-cü il üzrə MSK-ya hesabat təqdim etməyib. Onlardan biri də A.Səmədovun sədrlik etdiyi Azərbaycan Naminə Alyans Partiyasıdır. 

Ümumiyyətlə, Azərbaycan Naminə Alyans Partiyasının fəaliyyət göstərib-göstərmədiyi, qərərgahının harada yerləşdiyi, partiyanın rəhbərliyində A.Səmədovdan başqa kimlərin olduğu məlum deyil. 

Xatırladaq ki, Azərbaycan Naminə Alyans Partiyası 1994-cü ildə yaradılıb. İlk sədri də Abutalıb Səmədov olub. O, 1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci ildə parlamentə keçirilən təkrar və əlavə seçkilərdə 99 saylı Şəmkir seçki dairəsindən deputat seçilib. 2006-cı ilin avqustunda Müəllif Hüquqları Agentliyinin sədri təyin edilib və 2008-ci ilədək bu vəzifədə çalışıb. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavinidir. 

MSK-ya dövlət qeydiyyatından keçən 55 partiyadan 51-i maliyyə hesabatını təqdim edib. İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən digər 3 partiya isə Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Vətənpərvərlər Partiyasıdır.

Son xəbərlər

Orphus sistemi