Azərbaycanda partiyalardan biri parlament seçkilərilə bağlı qərar verib

Azərbaycanda partiyalardan biri parlament seçkilərilə bağlı qərar verib Partiyanın Siyasi Şurasının növbəti toplantısı keçirilib
Daxili siyasət
31 İyul , 2015 13:20
Azərbaycanda partiyalardan biri parlament seçkilərilə bağlı qərar verib

Bakı. 31 iyul. REPORT.AZ/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və qarşıdan gələn parlament seçkiləri müzakirə olunub, VHP sədri Sabir Rüstəmxanlı Şura üzvləri ilə öz baxışlarını bölüşüb. Millət vəkili VHP-nin bütün seçkilərdə iştirak etdiyini xatırladıb, ölkənin demokratik inkişafı və vətəndaş cəmiyyəti üçün seçkilərdən başqa yol olmadığını deyib.

Müzakirələrdən sonra VHP-nin parlament seçkilərində partiya olaraq iştirakına yekdilliklə qərar verilib.

Son xəbərlər

Orphus sistemi