Oruc Zalov: "Referendum dövründə razılaşdırılmamış mitinqlərin qarşısı alınacaq"

Oruc Zalov: "Referendum dövründə razılaşdırılmamış mitinqlərin qarşısı alınacaq" Daxili işlər nazirinin müavini: "Polis mənfi hallara qarşı mübarizə aparacaq”
Daxili siyasət
18 Avqust , 2016 13:15
Oruc Zalov: Referendum dövründə razılaşdırılmamış mitinqlərin qarşısı alınacaq

Bakı. 18 avqust. REPORT.AZ/ “Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçən təşviqat qruplarının müvafiq yerlərdə tədbir keçirilməsinə şərait yaradılacaq”.

“Report”un xəbərinə görə, bunu daxili işlər nazirinin müavini Oruc Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O. Zalov qeyd edib ki, səsverməyə xələl gətirən halların qarşısı alınacaq: “Təşviqat aparanlar da diqqətli olmalıdır, toplantı keçirilməsi üçün nəzərdə tutulmayan yerlərdə iclas keçirməməlidirlər. Razılaşdırılmamış mitinqlərin də qarşısı alınacaq. Polis mənfi hallara qarşı mübarizə aparacaq”.

Son xəbərlər

Orphus sistemi