Ombudsman: “Qadınların bələdiyyə seçkilərində iştirakı mühüm məsələdir”

Ombudsman: “Qadınların bələdiyyə seçkilərində iştirakı mühüm məsələdir” "Seçkilərdə qadınların fəallığı ilə bağlı rəqəm bu il bir qədər də artacaq"
Daxili siyasət
23 Dekabr , 2014 19:02
Ombudsman: “Qadınların bələdiyyə seçkilərində iştirakı mühüm məsələdir”

Bakı. 23 dekabr. REPORT.AZ/ “Bələdiyyə seçkilərində məni maraqlandıran əsas problem qadınların iştirakının necə olmasıdır. Bilirsiniz ki, üç seçki -(1999, 2004 və 2009-cu illərdə) olub. 2004-cü ildə bələdiyyələrdə qadınların sayı 4% idisə, 2009-cu ildə bu rəqəm 6% oldu”. “Report”un məlumatına görə, bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, seçkilərdə qadınların fəallığı ilə bağlı rəqəm bu il bir qədər də artacaq: “Qadınların seçkilərdə iştirakı prinsipial məsələdir. Bu, sadə proses deyil, bunun üçün ölkə boyu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman təsisatı və QHT-lər təbliğat kampaniyası aparıb, təbliğat işləri görülüb”.

Son xəbərlər

Orphus sistemi