“Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daha bir tarixi abidə əlavə edilib

“Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daha bir tarixi abidə əlavə edilib Qərarı baş nazir Artur Ras-zadə imzalayıb
Daxili siyasət
28 İyul , 2015 09:08
“Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daha bir tarixi abidə əlavə edilib

Bakı. 28 iyul. REPORT.AZ/ Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib. “Report” xəbər verir ki, həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavəyə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daha bir tarixi abidə əlavə edilib.

Beləliklə, Tərtər çayı üzərində yerləşən VII-IX əsrlərə aid körpü (Bərdə rayonu ərazisindədir) ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında daxil edilib.

Qeyd edək ki, qərarı baş nazir Artur Ras-zadə imzalayıb.

Son xəbərlər

Orphus sistemi