Olimpiya çempionu Radik İsaevə Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü verilib

Olimpiya çempionu Radik İsaevə Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü verilib İlham Əliyev Radik İsaevə Azərbaycan prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb
Daxili siyasət
1 Sentyabr , 2016 18:11
Olimpiya çempionu Radik İsaevə Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü verilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev R.V.İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, dövlət başçısı sərəncəma əsasən, “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanına uyğun olaraq, XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə Radik Veleddin İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verib.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi