Novruz Məmmədov: "Multikulturalizm anlayışına Qərb cəmiyyətinin baxışı xüsusi məqsədlər və maraqlar güdür”

Novruz Məmmədov: "Multikulturalizm anlayışına Qərb cəmiyyətinin baxışı xüsusi məqsədlər və maraqlar güdür” "Geosiyasətdə terminologiya dəyişsə də, təməl ideya və straeji məqsəd dəyişmir"
Daxili siyasət
7 May , 2016 12:20
Novruz Məmmədov: Multikulturalizm anlayışına Qərb cəmiyyətinin baxışı xüsusi məqsədlər və maraqlar güdür”

Bakı. 7 may. REPORT.AZ/ “Əslində, multikulturalizm anlayışına Qərb cəmiyyətinin baxışı xüsusi məqsədlər və maraqlar güdür”.

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ulu öndər Heydər Əliyevin 93-cü ildönümündən bəhs edən “Heydər Əliyev irsi və multikultural dəyərlər” adlı kitabda dərc olunan məqaləsində bildirib.

N.Məmmədov qeyd edib ki, hazırda multikulturalizmin sadəcə ölkədaxili sosial proses mahiyyətini aşaraq ümumilikdə beynəlxalq münasibətlər sistemində mühum faktora çevrildiyini nəzərə alsaq, son dövrlərdə xarici siyasət leksikonunda daha çox istifadə olunan “yumşaq güc” və ya “ağıllı güc” məfhumuna diqqət yetirilməsi vacibdir: “Qərbdə “yumşaq güc” dedikdə ilk növbədə dövlətlərin öz geosiyasi təsirini hərbi və iqtisadi gücə görə deyil, mədəniyyətə, siyasi ideologiyaya və proqnozlara görə təmin etməyə çalışdığı nəzərdə tutulur. Əgər “sərt güc” məcburetməyə əsaslanırsa, “yumşaq güc” də könüllü iştirakı nəzərdə tutur. Ancaq könüllü iştirakda da son məqsəd lider dövlətin mədəni meyarlarını qəbul etməkdən ibraətdir. Bu mənada söhbət məcburiyyətin növünün dəyişməsindən gedə bilər. Bir sözlə, geosiyasətdə terminologiya dəyişsə də, təməl ideya və straeji məqsəd dəyişmir”.

N.Məmmədov vurğulayıb ki, indi Azərbaycan cəmiyyəti ümummilli lider Heydər Əliyevin nə qədər dahi şəxsiyyət və uzaqgörən siyasətçi olduğunu bir daha dərk edir: “Ümummilli liderin Azərbaycan dövlətinin təməlində qoyduğu ideoloji və siyasi dəyərlər təkcə davamlı sosial iqtisadi inkişafı təmin edən güclü dövlət və cəmiyyət quruculuğunun deyil, həm də ölkəmizin milli maraqlarına cavab verən, onun müsbət beynəlxalq imicini formalaşdıran qlobal səviyyədə sülh və sabitliyin bərpası istiqamətində fəaliyyətini istiqamətləndirən xarici siyasətin çərçivəsini müəyyən edir”.

Son xəbərlər

Orphus sistemi