​Azərbaycanda iqtidarla müxalifətin növbəti görüşü mayın ortalarında keçiriləcək

​Azərbaycanda iqtidarla müxalifətin növbəti görüşü mayın ortalarında keçiriləcək Görüşün vaxtı ilə bağlı təklif Azərbaycan Prezident Administrasiyasından gəlib
Daxili siyasət
1 May , 2015 12:37
​Azərbaycanda iqtidarla müxalifətin növbəti görüşü mayın ortalarında keçiriləcək

Bakı. 1 may. REPORT.AZ/ "Azərbaycanda iqtidarla müxalifətin növbəti görüşü mayın ortalarında keçiriləcək". Bunu "Report"a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

O bildirib ki, görüşün vaxtı ilə bağlı təklif Azərbaycan Prezident Administrasiyasından gəlib.

P.Hüseyn əlavə edib ki, bu gün "Azadlıq-2015" Seçki Blokunun iclası keçiriləcək və orada yekun qərar veriləcək.

Xatırladaq ki, iqtidarla müxalifətin sonuncu görüşü fevralın 12-də keçirilib. Görüşdə iqtidar tərəfdən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə görüşdə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Azərbaycan Vahid Kommunist Partiyasının sədrinin birinci müavini Musa Tükənov və Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov iştirak edib.

Son xəbərlər

Orphus sistemi