Nazirlərin və komitə sədrlərinin dekabr ayı üçün qəbul cədvəli açıqlanıb - SİYAHI

Nazirlərin və komitə sədrlərinin dekabr ayı üçün qəbul cədvəli açıqlanıb - SİYAHI Vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır
Daxili siyasət
28 Noyabr , 2015 11:54
Nazirlərin və komitə sədrlərinin dekabr ayı üçün qəbul cədvəli açıqlanıb - SİYAHI

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin dekabrında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb.

"Report" xəbər verir ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.

Mərkəzi icra hakimiyyəti orqanı Qəbulgünü Qəbulun keçirildiyi şəhər Əhatə olunan şəhər və rayonlar
Baş prokuror Zakir Qaralov  04 Xaçmaz Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 04 Hacıqabul Hacıqabul, Şirvan, Salyan, Neftçala, Sabirabad, Saatlı
Gənclər və idman naziri Azad Rəhimov 11 Şirvan Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 11 Şəmkir Şəmkir, Tovuz, Gədəbəy
Təhsil naziri Mikayıl Cabbarov 14 Sabirabad Sabirabad, Şirvan, Saatlı, İmişli
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 15 Saatlı Saatlı, Sabirabad, İmişli, Beyləqan, Xocavənd
Ədliyyə naziri Fikrət Məmmədov 16 Qusar Qusar, Quba, Xaçmaz
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 16 Qəbələ Qəbələ, Ağdaş, Göyçay, Ucar
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 17 Bakı Şuşa, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Xocalı
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 18 Ağdaş Ağdaş, Mingəçevir, Yevlax, Naftalan, Goranboy
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 18 Kürdəmir Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Beyləqan, Füzuli, Ağdam, Xocavənd
Nəqliyyat naziri Ziya Məmmədov 18 Xızı Xızı, Siyəzən, Abşeron
Səhiyyə naziri Oqtay Şirəliyev 18 İmişli İmişli, Saatlı, Sabirabad, Beyləqan, Ağcabədi, Xocavənd
Vergilər naziri Fazil Məmmədov 18 Yevlax Yevlax, Ağdaş, Ucar, Zərdab
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 23 Mingəçevir Mingəçevir, Yevlax, Naftalan, Ağdaş, Goranboy, Xocalı
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 25 Şabran Şabran, Xaçmaz, Quba, Qusar
Kənd təsərrüfatı naziri Heydər Əsədov 25 Qəbələ Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Abşeron
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 25 Şirvan Şirvan, Hacıqabul, Sabirabad, Saatlı
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 25 Neftçala Neftçala, Şirvan, Hacıqabul, Salyan, Sabirabad, Saatlı

Son xəbərlər

Orphus sistemi