Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Yuxarı Baş" Dövlət tarix-memarlıq qoruğunun xəritəsini təsdiq edib.
"Report"un xəbərinə görə, bununla bağlı qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.
Qərar "Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə verilib.