Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib

Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib Təsnifatın II bölməsinin 9.1-ci bəndi dəyişilib
Daxili siyasət
29 Sentyabr , 2016 01:38
Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Sənəddə bildirilir:

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 9.1-ci bəndi aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda 9.2-ci bənd əlavə edilsin:

9.1. (Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri)

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi.

9.2.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri

Son xəbərlər

Orphus sistemi