Nəqliyyat vasitələri və yüklərin yoxlanılması sərhəd qoşunlarının funksiyasından çıxarılıb

Nəqliyyat vasitələri və yüklərin yoxlanılması sərhəd qoşunlarının funksiyasından çıxarılıb Nazirlər Kabineti dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə qərar qəbul edib
Daxili siyasət
22 Sentyabr , 2016 01:29
Nəqliyyat vasitələri və yüklərin yoxlanılması sərhəd qoşunlarının funksiyasından çıxarılıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

"Report" xəbər verir ki, bu barədə sənəd Baş nazir Artur-Rasizadə tərəfindən imzalanıb.

Qərara əsasən əsasnamədə aşağıdakı dəyişikliklər edilib:

1. 1-ci bölmənin ikinci hissəsindən “, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın” sözləri çıxarılsın.

2. 2-ci bölmə üzrə:

2.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

“Sərhəd nəzarəti dövlət sərhədini pozan şəxslərin aşkar edilməsi və onların qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısının alınması, buraxılış məntəqəsində müəyyən edilmiş rejimin təmin edilməsi məqsədi ilə həyata keçirilir.”;

2.2. ikinci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılması;”;

2.3. ikinci hissənin dördüncü abzasından “nəqliyyat vasitələri üzərində nəzarət,” sözləri çıxarılsın, həmin abzasda “onların” sözü “nəqliyyat vasitələrinin” sözləri ilə əvəz edilsin;

2.4. altıncı abzas çıxarılsın.

3. 3-cü bölmənin birinci hissəsi üzrə:

3.1. üçüncü abzasdan “və nəqliyyat vasitələrinin” sözləri çıxarılsın;

3.2. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada nəzarət-buraxılış məntəqələrindən şəxslərin buraxılmasını həyata keçirmək;”;

3.3. beşinci abzas aşağıdakı redaksiyada verilsin:

“narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını müstəqil surətdə və ya gömrük orqanları ilə birlikdə almaq;”;

3.4. yeddinci abzasda “MTN” abreviaturası “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin.

4. 4-cü bölmənin birinci hissəsi üzrə:

4.1. beşinci abzas aşağıdakı redaksiyada verilsin:

“dövlət sərhədindən keçən şəxslərin üzərində odlu silahın axtarışı məqsədi ilə texniki vasitələri tətbiq etmək;”;

4.2. onuncu abzas aşağıdakı redaksiyada verilsin:

“şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə baxış keçirilməsini təmin etmək, qanunvericiliklə müəyyən edilmiş hallarda sərhədçi dəstələri ilə nəqliyyat vasitələrini müşayiət etmək;”;

4.3. on birinci abzas aşağıdakı redaksiyada verilsin:

“əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılmasını təmin etmək;”;

4.4. on ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“dövlət sərhədindən qanunsuz keçirilən narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələri və qurğuları, hərbi texnikanı, odlu silah və döyüş sursatını, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarını, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialları və avadanlıqları götürmək;”.

5. 5-ci bölmə üzrə:

5.1. birinci hissədən “nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakların” sözləri çıxarılsın;

5.2. dördüncü hissədə “məntəqələri” sözü “məntəqələrindən” sözü ilə əvəz edilsin və həmin hissədən “tərəfindən sərhəd və” sözləri çıxarılsın.

Son xəbərlər

Orphus sistemi