Bakı. 25 aprel. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik
Nazir vətəndaşları şəxsən dinləyib, onları narahat edən problemlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.Eyni zamanda, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 770 nəfər də qəbulda iştirak edib. Onların arasından xidmətə daha yararlı və hazırlıqlı 114 gənc seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.