Bakı. 1 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında iki nəfər “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
“Report” xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamla NMR-da məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətlərinə görə Abdullayev Mahmud Vaqif oğlu, Əsgərov Elnar Muxtər oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.