Bakı. 24 sentyabr. REPORT.AZ/ Ötən ay Naxçıvan Muxtar Respublikasında 347 yeni abunəçi genişzolaqlı internetlə təmin olunub, Naxtel LTE şəbəkəsinin Düylün, Əndəmic, Üstüpü, Tivi, Bist və Nüsnüs kəndlərindəki baza stansiyaları 4G şəbəkəsinə qoşulub.
“Report” xəbər verir ki, bunu muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti bildirib.
“Evədək optika” layihəsinin icrası ilə əlaqədar 8 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib, 484 ədəd yeni telefon nömrəsi istismara verilib, muxtar respublika üzrə, ümumilikdə, 13 min 217 metr fiber-optik kabel xəttinin tikintisi aparılıb. Bu dövrdə seçki məntəqələrinin hər birinə telefon xətti çəkilib, 35 seçki məntəqəsində veb-kamera quraşdırılıb.