Bakı. 25 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının (MR) Xarici Kəşfiyyat İdarəsinin rəisi təyin edilən Fariz Bağırov, həm də MR Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavinidir.
"Report"un xəbərinə görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov F.Bağırovu 29 dekabr 2015-ci il tarixli sərəncamı ilə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılan MR Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin edib. V.Talıbovun 22 yanvar 2016-cı il tarixli sərəncamı ilə isə Fariz Bağırov Naxçıvan Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin olunub.
F.Bağırov hazırda iki vəzifə daşıyır. O, Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin ediləndən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsindən azad olunmayıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fazil Ələkbərovdur.