Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər keçirilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər keçirilib Seçki baş tutmuş hesab edilib
Daxili siyasət
8 Avqust , 2016 18:34
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər keçirilib

Bakı. 8 avqust. REPORT.AZ/ Avqustun 6-da 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər keçirilib.

Muxtar Respublikanın Mərkəzi Seçki Komissiyasından "Report"a verilən məlumata görə, seçkilərdə iştirak etmək üçün 3 nəfər namizədliyini irəli sürüb. Onlardan partiya mənsubiyyətinə görə 1 nəfəri bitərəf, 2 nəfəri isə Yeni Azərbaycan Partiyasının üzvüdür.

Məlumata görə, 45 saylı Aza seçki dairəsi üzrə 6 049 seçicidən 4 828-i seçkidə iştirak edib. Bununla da seçki dairəsini əhatə edən 16 seçki məntəqəsinin hamısında seçki baş tutmuş hesab edilib.

Son xəbərlər

Orphus sistemi