Naxçıvan Muxtar Respublikasına 7 milyon manat ayrılıb

Naxçıvan Muxtar Respublikasına 7 milyon manat ayrılıb Prezident İlham Əliyev muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb
Daxili siyasət
2 Dekabr , 2015 18:29
Naxçıvan Muxtar Respublikasına 7 milyon manat ayrılıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" məlumatına görə, sərəncamda bildirilir ki, zəngin mədəniyyəti, qədim tarixi, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol oynayır.

Son illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər görülüb, müasir avadanlıqlarla təchiz olunmuş yeni təhsil və səhiyyə müəssisələri, idman və turizm obyektləri, mədəniyyət və incəsənət ocaqları inşa olunub, bir çox tarixi abidələr bərpa edilib, iri sənaye kompleksləri, emal və istehsal sahələri, elektrik stansiyaları istismara verilib, Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı”, Naxçıvan şəhərinin su və kanalizasiya şəbəkəsi yenidən qurulub, avtomobil yolları çəkilib, küçə və meydanlar, istirahət parkları salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib.

Dövlət başçısı Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıb: 

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 7,0 (yeddi) milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Son xəbərlər

Orphus sistemi