​Naxçıvan FHN tender elan edib

​Naxçıvan FHN tender elan edib Tender ərzaq məhsullarının satın alınması üzrədir
Daxili siyasət
12 Yanvar , 2016 09:08
​Naxçıvan FHN tender elan edib

Bakı. 12 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi 2016-cı il üçün tələb olunan ərzaq məhsullarının satın alınması üzrə açıq tender elan edib.

"Report"un məlumatına görə, Naxçıvan FHN tərəfindən ərzaq məhsulları üzrə açıq tender üsulu ilə satınalma həyata keçirilir. Tenderdə iştirak etmək istəyənlər yanvarın 25-dək Azərbaycan dilində tərtib olunmuş tenderin “Əsas şərtlər” toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyindən ala bilərlər. Tender iştirakçıları müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Bütün iddiaçılar tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin (fiziki şəxsin) adı, yerləşdiyi ünvan, poçt indeksi, telefon nömrəsi, rəhbərinin adı, soyadı göstərilməklə möhürlənmiş və imzalanmış olmalıdır) -tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır) - iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri - iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış təqdim olunmalıdır.

Son xəbərlər

Orphus sistemi