​AMİP sədri parlament seçkilərində namizəd olacağı seçki dairəsinin adını açıqlayıb

​AMİP sədri parlament seçkilərində namizəd olacağı seçki dairəsinin adını açıqlayıb "Hazırda partiyada dairələrin müəyyənləşdirilməsi prosesi gedir"
Daxili siyasət
27 Aprel , 2015 15:44
​AMİP sədri parlament seçkilərində namizəd olacağı seçki dairəsinin adını açıqlayıb

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə bu il keçiriləcək parlament seçkilərində namizədliyini 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən irəli sürəcək.

Y.Bağırzadə "Report"a açıqlamasında bildirib ki, hazırda partiyada digər dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi prosesi gedir.

O qeyd edib ki, AMİP əvvəlki parlament seçkilərində olduğu kimi, bu il də seçkilərə ciddi hazırlaşır: "AMİP 2010-cu ildə keçirilən parlament seçkilərində hakim partiyadan sonra ən çox namizədi olan partiya idi. Bu il keçiriləcək seçkilərə də ciddi hazırlaşırıq, çalışırıq ki, monolitliyi qoruyub saxlayaq".

Son xəbərlər

Orphus sistemi