Müsavat Qadınlar Birliyinin sədri: "Arif Hacılı partiyanı özəlləşdirib"

Müsavat Qadınlar Birliyinin sədri: "Arif Hacılı partiyanı özəlləşdirib" "Müsavat Partiyasında vəziyyət qeyri-stabildir"
Daxili siyasət
30 Oktyabr , 2014 16:09
Müsavat Qadınlar Birliyinin sədri: Arif Hacılı partiyanı özəlləşdirib
Bakı. 30 oktyabr. REPORT.AZ/ "Qurultaydan narazı qalanlarla müzakirələr aparılmalıdır. Partiya daxilində hər hansı bir qurumun yaradılması indiki durum üçün normaldır. Yəni, Arif Hacılı partiyanı artıq özəlləşdirib, Müsavatda qeyri-stabil vəziyyətdir".

Bunu "Report"a açıqlamasında Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib. O bildirib ki, partiyada azad fikirli insanlara xoşagəlməz münasibət göstərirlər: "Narazılar toplanmalıdır, amma bunun fraksiya və ya başqa bir şey olması müzakirə edilməlidir. Qurultayda seçicilərin yarısı bizim tərəfdarlarımız idi. Buna görə biz də söz deməliyik. Demokratiya naminə bu addımı atmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi