​Müsavat Partiyasının başqanlığına namizədlərin irəli sürülməsi prosesinə start verilib

​Müsavat Partiyasının başqanlığına namizədlərin irəli sürülməsi prosesinə start verilib Namizədlərin irəli sürülməsi prosesi bu gün gündən başlayaraq, sentyabr 17-dək davam edəcək
Daxili siyasət
28 Avqust , 2014 10:55
​Müsavat Partiyasının başqanlığına namizədlərin irəli sürülməsi prosesinə start verilib
Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın müxalif Müsavat Partiyasının VIII qurultayında keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədlərin irəli sürülməsinə və təşviqat kampaniyasına start verilib.

Partiyadan Report-a verilən məlumata görə, namizədlərin irəli sürülməsi prosesi bu  gündən başlayaraq, sentyabrın 17-dək davam edəcək.

Seçki kampaniyası zamanı davranış qaydaları müəyyən olunub. Təşviqat zamanı Müsavat Partiyasının Nizamnaməsinə zidd olaraq dini, milli, irqi və etnik ayrı-seçkiliyə rəvac vermək, partiyanın proqramında əks olunan təməl prinsiplərə zidd ifadələr işlətmək, alternativlərinin ünvanına onun şəxsiyyətini aşağılayan, faktlara söykənməyən, “satqın”, “hakimiyyətin adamı”, “Müsavatın düşməni”, “casus, agent”, etnik və ya region mənsubiyyətini fərqləndirmə və s. kimi ifadələr işlətmək qadağan olunub. Qaydalarda, həmçinin qurultay nümayəndələrinə maddi yardım təklif etmək və ya göstərmək, görüş zamanı və ya görüşdən sonra namizədin hesabına haqqı ödənilən ziyafət vermək, namizədin kampaniyasında Müsavat Partiyasının maliyyə resurslarından istifadə etmək, qurultay nümayəndələrinin nəqliyyat xərclərinin namizədlər tərəfindən ödəmək (zəruri hallarda qurultay nümayəndələrinin nəqliyyat xərclərini ödəmək QHTK-da həll oluna bilər), qurultay günü qurultay nümayəndələrinə təbliğat xarakterli siyahılar paylamaq, namizədlərə partiya qərargahının otaqlarından, zalından, texniki vasitələrindən və digər resurslarından istifadəyə qadağa qoymaq, namizədin təşkil etdiyi görüşlərə mane olmaq və görüşləri pozmaq yol verilməz hesab olunur.

Seçki prosesi zamanı say komissiyasının sədri, müavini və üzvləri təbliğat işində iştirak edə bilməz. Bundan əlavə, başqanlığa namizədlərin partiya başqanının adından sui-istifadə etməsinə də yol verilməyəcək.

Qeyd edək ki, Müsavat Partiyası qurultayını sentyabrın 28-də keçirməyi planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi