​Müsavat başqanı partiyada fraksiya yaradılması cəhdlərinə münasibət bildirib

​Müsavat başqanı partiyada fraksiya yaradılması cəhdlərinə münasibət bildirib Arif Hacılı qeyd edib ki, həmin şəxslər Nizamnamədə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaq
Daxili siyasət
31 Oktyabr , 2014 15:23
​Müsavat başqanı partiyada fraksiya yaradılması cəhdlərinə münasibət bildirib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı 31 oktyabr. REPORT.AZ/ “Partiyada kimsə hər hansı qurum yaradacaqsa, bu, həmin şəxs və ya şəxsləri bir qədər də nüfuzdan salacaq”.

“Report”un məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O bildirib ki, Müsavat Partiyasının Nizamnaməsində fraksiya yaratmaqla bağlı maddə yoxdur: “Bu, partiyanın ümumi marağına ziddir. Düşünürəm ki, əgər fraksiya yaradılması addımı atılacaqsa, həmin şəxslər digərlərin narazılıqları ilə qarşılaşacaqlar. Mən onlara bu addımı atmamağı tövsiyə edirəm”.

A.Hacılı qeyd edib ki, partiyaya qarşı kimlərsə təbliğat aparacaqsa, həmin şəxslər Nizamnamədə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaq və buna uyğun tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi