Müsavatda partiyanın təyin etdiyi aksiya ilə bağlı fikir ayrılığı yaranıb

Müsavatda partiyanın təyin etdiyi aksiya ilə bağlı fikir ayrılığı yaranıb "Yürüşün yeri və zamanı ilə bağlı bəzi iradlarımı partiya rəhbərliyinə bildirəcəm"
Daxili siyasət
14 Aprel , 2015 11:22
Müsavatda partiyanın təyin etdiyi aksiya ilə bağlı fikir ayrılığı yaranıb

Bakı. 14 aprel. REPORT.AZ/ "Kütləvi etiraz aksiyalarının təşkili, formatı hər bir partiyanın daxili işidir. Müsavat Partiyası da aprelin 19-na yürüş təyin edibsə, deməli, bunu daha faydalı hesab edir. Amma düşünürəm ki, yürüşlə bağlı qərar verilərkən bəzi məsələlər nəzərə alınmayıb".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd, partiyanın Mitinq Komitəsinin üzvü Tural Abbaslı deyib.

Təyin olunan aksiyanın yeri və zamanı ilə bağlı bəzi iradlarının olduğunu deyən T.Abbaslı bunu partiyanın rəhbər strukturları qarşısında səsləndirəcəyini bildirib: "Bunları mətbuata açıqlamaq istəmirəm. Amma partiyanın rəhbər strukturlarında səsləndirəcəm. Belə qərarlar kiminsə başqanlığı dövrünə yazılmır, ümumilikdə, bu, partiyanın tarixinə yazılır. Ona görə də hər hansı qərar qəbul edərkən, bu məsuliyyəti daha dərindən başa düşmək lazımdır. Taktiki addımlarla uzaq hədəfləri qurban vermək olmaz".

Qeyd edək ki, Müsavat Partiyası 19 aprel saat 16:00-a yürüş təyin edib. Yürüşün metronun "20 yanvar" stansiyasından Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionuna (keçmiş "Məhsul") qədər keçirilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi