Müsavat rəhbərliyi partiya qərargahında Qubad İbadoğluna tədbir keçirməyə icazə verməyib - YENİLƏNİB

Müsavat rəhbərliyi partiya qərargahında Qubad İbadoğluna tədbir keçirməyə icazə verməyib - YENİLƏNİB O, iş qrafiki ilə əlaqədar Divan toplantısına qatıla bilməyəcəyini deyib
Daxili siyasət
31 Yanvar , 2015 15:14
Müsavat rəhbərliyi partiya qərargahında Qubad İbadoğluna tədbir keçirməyə icazə verməyib - YENİLƏNİB

Bakı. 31 yanvar. REPORT.AZ/ Qubad İbadoğlunun tərəfdarları ilə birlikdə Müsavat Partiyasının iclas zalında tədbir keçirməsinə icazə verilməyib. Bu barədə “Report”a Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli bildirib.

Q.İbadoğlu tərəfdarları məcbur qalaraq tədbiri partiya qərargahının çayxanasında keçirib.

Toplantıda Q.İbadoğlu və Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədlinin Müsavat Divanına çağırılması müzakirə olunub. Q.İbadoğlu iş qrafiki ilə əlaqədar Divan toplantısına qatıla bilməyəcəyini deyib. E.Məmmədli isə iclasda iştirak edəcəyini bildirib.

Toplantıda partiyadan çıxarılan müsavatçıların hüquqlarını qorumaq məqsədilə Müsavat Partiyası üzvlərinin Müdafiə Təşkilatı da yaradılıb.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah “Report”a açıqlamasında deyib ki, əslində Qubad İbadoğlu və digər müsavatçıların partiya qərargahının akt zalında tədbir keçirməsinə heç bir maneə törədilməyib: “Sadəcə, tədbirə müsavatçılar qatılmayıb. Bu səbəbdən də onların tədbiri baş tutmadı. Qubad İbadoğlunun ətrafındakı adamlar çayxanada ayaqüstü tədbir keçirdi”.

Son xəbərlər

Orphus sistemi