Müsavat Partiyası və AXCP təmsilçiləri arasında görüş keçirilib

Müsavat Partiyası və AXCP təmsilçiləri arasında görüş keçirilib "Birdən-birə yaxınlaşma çətin məsələdir"
Daxili siyasət
9 May , 2016 12:59
Müsavat Partiyası və AXCP təmsilçiləri arasında görüş keçirilib

Bakı. 9 may. REPORT.AZ/ Müsavat Partiyasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup təmsilçisi arasında görüş olub.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu "Report"a açıqlamasında deyib ki, görüşdə iki partiya arasındakı münasibətlər müzakirə olunub: "Düzdür, müəyyən qədər fikir ayrılığı var. Amma buna baxmayaraq, biz qüvvələrimizi birləşdirib mübarizə aparmalıyıq. İki partiya arasında ciddi narazılıq olub, indi birdən-birə yaxınlaşma çətin məsələdir. Hər halda müsbətə doğru ilk addım atılmalı idi. Düşündük ki, əvvəlcə söhbət edək, müsbət aura yaradaq, sonra müttəfiqlik, birləşmə ilə bağlı addımlar ataq. Prosesi davam etdirməyə çalışacağıq. Hər iki tərəf dərk edir ki, birləşmə, birgə mübarizə əsasdır".

Son xəbərlər

Orphus sistemi