​Müsavat Partiyası öz üzvünü cəzalandırıb

​Müsavat Partiyası öz üzvünü cəzalandırıb Töhmət verilən şəxs ittihamları qəbul etməyib
Daxili siyasət
25 İyul , 2015 17:05
​Müsavat Partiyası öz üzvünü cəzalandırıb

Bakı. 25 iyul. REPORT.AZ/ Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) toplantısı keçirilib. “Report”un məlumatına görə, iclasda Məclis üzvü Kəmalə Bəhlulovanın partiyanın Binəqədi rayon təşkilatının Şura üzvü Şamil Beydulla ilə bağlı müraciətinə baxılıb. K.Bəhlulova müraciətində Ş.Beydullanın onu təhqir etdiyini iddia edib. İclasda müraciətə baxıldıqdan sonra Ş.Beydullaya töhmət verilib.

Şamil Beydulla “Report”a açıqlamasında ittihamların əsassız olduğunu deyib.

Qeyd edək ki, Şamil Beydulla Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslının tərəfdarlarındandır.

Son xəbərlər

Orphus sistemi