Müsavat Partiyası başqanının müavini Ədliyyə Nazirliyinə çağırılıb

Müsavat Partiyası başqanının müavini Ədliyyə Nazirliyinə çağırılıb Nazirlik Azərbaycan Demokratiya və Rifah Hərəkatının şikayətini araşdırır
Daxili siyasət
19 Avqust , 2015 16:08
Müsavat Partiyası başqanının müavini Ədliyyə Nazirliyinə çağırılıb

Bakı. 19 avqust. REPORT.AZ/ Müsavat Partiyası başqanının müavini Elman Fəttah Ədliyyə Nazirliyinə çağırılıb. “Report”un xəbərinə görə, bu barədə partiyanın başqanı Arif Hacılı bildirib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğv olunması ilə əlaqədar Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının şikayətini araşdırır.

Qeyd edək ki, Müsavatın 2014-cü ildə keçirilən VIII qurultayının nəticələrindən narazı qalan sabiq partiya üzvləri Azərbaycan Ədliyyə Nazirliyinə müraciət edib.

Xatırladaq ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə “Ağ blok” yaratdığını elan edib.

Son xəbərlər

Orphus sistemi