​Müsavat MNTK-nın sədri Vurğun Əyyubun namizədliyinin irəli sürüldüyü iclasdan razı qalıb

​Müsavat MNTK-nın sədri Vurğun Əyyubun namizədliyinin irəli sürüldüyü iclasdan razı qalıb "Suraxanı rayon təşkilatının Şura iclası Nizamnaməyə uyğun keçirilib"
Daxili siyasət
28 Aprel , 2015 13:46
​Müsavat MNTK-nın sədri Vurğun Əyyubun namizədliyinin irəli sürüldüyü iclasdan razı qalıb

Bakı. 28 aprel. REPORT.AZ/ "Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sonuncu Şura iclası partiya Nizamnaməsinə uyğun keçirilib".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova deyib.

"Mərkəzi Nəzarət-Təftiş Komissiyası Suraxanı rayon təşkilatının martda keçirilən iclasında qəbul etdiyi qərarları ona görə ləğv etmişdi ki, qərarların qəbul zamanı Nizamnamə pozuntusu baş vermişdi. Yəni, iclas keçirilərkən Şuranın dörd üzvünün iştirakı təmin edilməmişdi. Burada Vurğun Əyyuba qərəzdən söhbət gedə bilməz. Sadəcə, Şura iclasında iştirak etməyənlərin şikayətinə baxılmış və qərar ləğv edilmişdi. İndiki iclasda isə ötən iclasda MNTK-ya şikayət edən narazıların da iştirakı təmin edilib. Onlardan bir nəfər- Misir Mahmudov iştirak edib. Hələ ki şikayət yoxdur, ona görə də məsələyə baxılmayacaq. İclas Nizamnaməyə uyğun keçirilib", - S.Hüseynova bildirib.

MNTK sədri xatırladıb ki, rayon təşkilatlarının irəli sürdükləri namizədləri Müsavat Məclis təsdiq edəcək: "Hazırda həmin şəxslər siyahıya alınır. Müsavat Partiyası Məclisinin avqust ayında keçiriləcək sessiyasında partiyanın namizədləri bəlli olacaq. İndidən ajiotaj yaratmaq düzgün deyil".

Xatırladaq ki, Müsavat Partiyası Suraxanı rayon təşkilatının sonuncu Şura iclasında MNTK-nın ləğv etdiyi qərar yenidən qəbul olunub. Belə ki, Şuranın əvvəlki toplantısında Konfransa Hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması və parlament seçkisində 30 saylı Suraxanı birinci seçki dairəsindən Vurğun Əyyubun, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Fəxrəddin Əhmədin və 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Xatirə Allahverdiyevanın deputatlığa namizədliklərinin irəli sürülməsi ilə bağlı qərarlar verilmişdi. 

Son xəbərlər

Orphus sistemi