Müsavat başqanlığına sabiq namizəd siyasi blok yaradıb

Müsavat başqanlığına sabiq namizəd siyasi blok yaradıb “Tərkibin genişlənməsi üçün işlər davam edir”
Daxili siyasət
23 İyul , 2015 09:30
Müsavat başqanlığına sabiq namizəd siyasi blok yaradıb

Bakı. 23 iyul. REPORT.AZ/ Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı gənclərdən ibarət Ağ Blok yaradıb.

Bu barədə “Report”a T.Abbaslı özü məlumat verib.

O deyib ki, blokun yaradılmasında məqsəd bu il keçiriləcək parlament seçkilərində iştirak etməkdir.

T.Abbaslı bildirib ki, blokun əsas hədəflərindən biri də seçki mühitinin yaradacağı siyasi vəziyyətdən və imkanlardan istifadə edərək siyasi arenaya yeni simaların təqdim edilməsidir: “Biz cəmiyyətə yeni alternativlərin təqdimatının labüd olduğunu düşünürük. Ağ Blok ilkin olaraq, bu il keçiriləcək parlament seçkilərində namizəd olacaq simalardan təşkil olunacaq.

Burada, artıq siyasətdə sözlərini demiş və bəlli mübarizə tarixinə sahib olan fədakar gənc siyasətçilər var. Bu blokda müxtəlif partiya üzvləri və bitərəflər də təmsil olunacaq. Əminəm ki, bu birlik Azərbaycanda yeni siyasi dövrün başlanğıcını qoyacaq bir struktur olacaq. Tərkibin genişlənməsi üçün hələ də işlər davam edir”.

T.Abbaslı qeyd edib ki, blokun təsis konfransının keçirilməsi avqust ayına planlaşdırılır.

Qeyd edək ki, Müsavat Partiyasının 2014-cü ilin sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. A.Hacılının başqanlığını qəbul etməyən Müsavatın bir qrup üzvü Q.İbadoğlunun ətrafında birləşərək, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını təsis ediblər. Narazıların bir qrupu da Tural Abbaslıya dəstək verərək, blok yaradıblar

Son xəbərlər

Orphus sistemi