​Müsavat başqanının sabiq müşaviri partiyadan istefa verib

​Müsavat başqanının sabiq müşaviri partiyadan istefa verib İstefaya səbəb hazırkı partiya rəhbərliyinin idarəetmə üsuludur
Daxili siyasət
11 May , 2015 17:05
​Müsavat başqanının sabiq müşaviri partiyadan istefa verib

Bakı. 11 may. REPORT.AZ/ Müsavatın Nizami rayon təşkilatının sabiq sədri, partiya başqanının sabiq müşaviri Nizaməddin Quliyev partiya sıralarından istefa verib.

Bu barədə "Report"a Müsavat Qadınlar Birliyinin sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli məlumat verib.

O bildirib ki, N.Quliyevin istefasına səbəb hazırkı partiya rəhbərliyinin idarəetmə üsuludur: "Nizaməddin bəy bu gün partiya rəhbərliyinə istefa ərizəsini təqdim edib. O, Müsavatın bir qrup tərəfindən ələ keçirilərək partiyanı avtoritar üsullarla idarə edilməsinin qəbuledilməz olduğunu bildirib. Onun istefasının bir səbəbi də mayın 6-da Müsavat qərargahı önündə keçirilən piketdə səslənən tələblərə cavab verilməməsidir".
Xatırladaq ki, Müsavatın bir qrup üzvü və partiyadan xaric edilmiş bəzi şəxslər partiya qərargahı qarşısında hazırkı rəhbərliyin yürütdüyü siyasətə etiraz olaraq piket keçiriblər. Onlar partiyadan xaric edilənlərin bərpasını, başqan Arif Hacılının istefasını və növbədənkənar qurultay keçirilməsini tələb ediblər. Piketdə partiyanın Suraxanı və Nizami rayon təşkilatları fəallıq göstəriblər.

Son xəbərlər

Orphus sistemi