Müsavat 10 partiyanın razılığa gəldiyi seçki blokundan kənarda qalıb

Müsavat 10 partiyanın razılığa gəldiyi seçki blokundan kənarda qalıb Bu gün Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin növbəti toplantısı keçirilib
Daxili siyasət
28 Yanvar , 2015 17:56
Müsavat 10 partiyanın razılığa gəldiyi seçki blokundan kənarda qalıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin (SPDİHM) növbəti toplantısı keçirilib.

Bu barədə "Report"a Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər məlumat verib.

İclasda bu il keçiriləcək parlament seçkiləri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələrin sonunda Müsavat Partiyası istisna olmaqla, mərkəzə daxil olan 10 partiya seçki bloku yaratmaqla bağlı razılığa gəlib. Seçki blokunun təsis olunması bəzi partiyaların rəhbər orqanlarında müzakirə edildikdən sonra Mərkəz bu məsələyə baxacaq.

Son xəbərlər

Orphus sistemi