Ötən il Azərbaycan Ombudsmanının ünvanına mülkiyyət hüququ ilə bağlı 2 103 müraciət daxil olub

Ötən il Azərbaycan Ombudsmanının ünvanına mülkiyyət hüququ ilə bağlı 2 103 müraciət daxil olub "Tikililiyin qanuniliyi yalnız məhkəmə tərəfindən müəyyən edilən bilər"
Daxili siyasət
27 Fevral , 2015 12:22
Ötən il Azərbaycan Ombudsmanının ünvanına mülkiyyət hüququ ilə bağlı 2 103 müraciət daxil olub

Bakı. 27 fevral. REPORT.AZ/ Ötən il Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) ünvanına mülkiyyət hüququ ilə bağlı 2 103 müraciət daxil olub. "Report" xəbər verir ki, bu barədə Ombudsmanın 2014-cü il üzrə illik hesabatında bildirilib.

İllik məruzədə qeyd edilir ki, müraciətlər mülkiyyətdə olan əmlakın (evin, tikilinin) müvafiq məhkəmə qərarı olmadan yerli icra hakimiyyəti orqanı tərəfindən sökülməsi, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması və əvəzinin ödənilməməsi və ya əvəzində uyğun kompensasiyanın verilməməsi, torpaq payına dair dövlət aktında torpaq sahəsinin düzgün, eləcə də sərhədlərinin yerində göstərilməməsi, vətəndaşa məxsus evin və torpağın sənədləşdirilməsi ilə bağlı süründürməçiliyə yol verilməsi, sığorta haqlarının ödənilməməsi ilə bağlı olub.

"Yerli icra hakimiyyətləri tərəfindən müvafiq məhkəmə qərarı olmadan istənilən tikiliyə münasibətdə söküntü işlətinin aparılması qanunla qadağandır. Tikililiyin qanuniliyi yalnız məhkəmə tərəfindən müəyyən edilən bilər.

Bir sıra müraciətlərdə vətəndaşlar torpaq islahatı dövründə dövlət tərəfindən onlara verilən torpaq paylarının bölüşdürülməsi zamanı yol verilən səhvlər əsas tutulmaqla torpaq üzərində hüquqları təsdiq edən dövlət aktlarının və ya şəhadətnamələrin geri alınaraq "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verildiyini, su sənədə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin verilməsi zamanı dövlət rüsumunun tutulmasının ədalətsiz olduğu barədə fikirlər öz əksini tapıb", - məruzədə bildirilib.

Son xəbərlər

Orphus sistemi