Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
"Report"un xəbərinə görə, sənədə əsasən, bundan sonra kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dövlət orqanlarına deyil, müvafiq qurumlara təqdim edəcəklər.
Xatırladaq ki, dəyişiklik “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli Qanununun tətbiqi ilə əlaqədar olunub.