​Müsavat başqanının müavininin vəsatəti təmin edilməyib

​Müsavat başqanının müavininin vəsatəti təmin edilməyib Proses iyulun 14-də davam etdiriləcək
Daxili siyasət
30 İyun , 2015 16:11
​Müsavat başqanının müavininin vəsatəti təmin edilməyib

Bakı. 30 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin şikayətinə ilkin baxış keçirilib.

Vəkil Nemət Kərimli "Report"a deyib ki, prosesdə bir neçə vəsatət qaldırıblar: "Fərəc Kərimli barədə seçilən həbs qərarının dəyişdirilməsi, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı ilə baxılması, şahidlərin yenidən dindirilməsi haqda vəsatətlər verdik. Amma hakim vəsatətləri təmin etmədi". 

Proses iyulun 14-də davam etdiriləcək.

Qeyd edək ki, F.Kərimli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə təqsirləndirilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi