MSK təşviqat qruplarının məşvərətçi səs hüquqlu üzvlərini və səlahiyyətli nümayəndələrini qeydə alıb

MSK təşviqat qruplarının məşvərətçi səs hüquqlu üzvlərini və səlahiyyətli nümayəndələrini qeydə alıb Komissiyanın iclası keçirilib
Daxili siyasət
27 Avqust , 2016 14:10
MSK təşviqat qruplarının məşvərətçi səs hüquqlu üzvlərini və səlahiyyətli nümayəndələrini qeydə alıb

Bakı. 27 avqust. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda MSK-ya daxil olan müraciətlərə baxılıb. “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupunun MSK-da məşvərətçi səs hüquqlu komissiya üzvü təsdiq edilib, təşviqat qrupunun səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxslər qeydə alınıb.

Bundan başqa, “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri də MSK-da qeydiyyatdan keçiblər. Sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Sonda cari məsələlərə baxılıb. 

Xatırladaq ki, referendum sentyabrın 26-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi