MSK sədri: “Seçici fəallığı çox yüksəkdir”

MSK sədri: “Seçici fəallığı çox yüksəkdir” “5 627 seçi məntəqəsinin hamısı vaxtında açılıb”
Daxili siyasət
26 Sentyabr , 2016 14:36
MSK sədri: “Seçici fəallığı çox yüksəkdir”

Bakı. 26 sentyabr. REPORT.AZ/ "5 627 seçi məntəqəsinin hamısı vaxtında açılıb. Bu, əsas tələblərdən biri idi".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bu saata qədər MSK-ya seçkiyə kölgə sala biləcək ciddi qanun pozuntusu ilə bağlı rəsmi müraciət daxil olmayıb: "Qaynar xətti"miz də daim açıqdır. Müşahidəçilər də yerlərdə sərbəst şəkildə müşahidə apara biliblər. Seçici fəallığı çox yüksəkdir. Bu da sevindiricidir. Bu fəallıq şəhərdə daha çoxdur. Adətən şəhərdə əyalətlərlə müqayisədə müəyyən qədər az olur. Lakin əvvəlki illərlə müqayisədə fəallıq var".

O, səhər saatlarında bəzi seçki qutularının dolması ilə bağlı deyilənlərə də münasibət bildirib: "Səhər saat 9 üçün seçki qutularında səsvermə bülletenlərinin çox olması adi haldır. Yəni burada qeyri-adi heç nə olmaya bilər. Yox əgər burada hansısa qanun pozuntusu qeydə alınıbsa və sənədləşdirilibsə dərhal MSK-ya bildirməlidir. Əmin ola bilərsiniz ki, hansısa qanun pozuntusu olsarsa buna göz yuma bilmərik. Hər kəs şahiddir ki, ötən illər onlarla məntəqələrin nəticələri ləğv olunub. Hesab edirəm ki, dünyanın hər yerində də bu və ya digər qanun pozuntularının olmasından kimsə sığortalanmayıb. Heç kəs deyə bilməz ki, seçkilər ideal olacaq. Kim pozuntu halları ilə rastlaşıbsa və dərhal MSK-ya müraciət edib bizi xəbərdar edirsə mən həmin şəxsə "sağ ol" deyərəm. Təbii ki, söhbət özlərinin gördüklərindən gedir. Yoxsa kiminsə dediklərinə görə hərəkət etmək olmaz".

Son xəbərlər

Orphus sistemi