MSK sədri Milli Məclis üzvlərinə deputat vəsiqələrini təqdim edib

MSK sədri Milli Məclis üzvlərinə deputat vəsiqələrini təqdim edib O, noyabrın 1-də MM-ə seçkilərin şəffaf keçirildiyini vurğulayıb
Daxili siyasət
1 Dekabr , 2015 12:16
MSK sədri Milli Məclis üzvlərinə deputat vəsiqələrini təqdim edib
Report

Bakı. 1 dekabr. REPORT.AZ/ Mərkəzi seçki Komissiyasının (MSK) sədri Milli Məclisin (MM) plenar iclasında iştirak edir. "Report"un xəbərinə görə, MSK sədri Məzahir Pənahov iclasda çıxış edib. O, noyabrın 1-də MM-ə seçkilərin şəffaf keçirildiyini vurğulayıb: "Qanunvericilik aktları və digər sənədlər Avropa ekspertlərinin süzgəcindən keçib. Ona görə də heç bir problem ola bilməz. Bu da demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ortaya qoyulan əsas məsələdir. Azərbaycan ictimaiyyətinin parlament seçkilərinə marağı da lazım olan səviyyədən artıq oldu".

Məzahir Pənahov çıxışından sonra bütün deputatları təbrik edərək onlara deputat vəsiqələrini təqdim edib.  

Son xəbərlər

Orphus sistemi