​MSK sədri deputatlığa namizəd İqbal Ağazadənin səlahiyyətli nümayəndələrinin iddialarına cavab verib

​MSK sədri deputatlığa namizəd İqbal Ağazadənin səlahiyyətli nümayəndələrinin iddialarına cavab verib Milli Məclisə təkrar seçkilərdə müşahidəçilərin səsvermə prosesini izləməsinə maneə törədilməyib
Daxili siyasət
19 İyun , 2016 02:00
​MSK sədri deputatlığa namizəd İqbal Ağazadənin səlahiyyətli nümayəndələrinin iddialarına cavab verib

Bakı. 19 iyun. REPORT.AZ/ 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə müşahidəçilərin səsvermə prosesini izləməsinə maneə törədilməyib.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin səlahiyyətli nümayəndələrinin iddialarına münasibət bildirərkən deyib.
O bildirib ki, beynəlxalq və yerli müşahidəçilər seçki prosesinə kölgə salınmasının əbəs olduğunu bildirib: “Müşahidəçilər səsvermə prosesinin gedişindən razı qalıblar. Mən onlara Mərkəzi Seçki Komissiyası adından minnətdarlığımı bildirirəm”.

Son xəbərlər

Orphus sistemi