​MSK referendumun keçirilməsi ilə bağlı Təqvim Planını təsdiqləyib

​MSK referendumun keçirilməsi ilə bağlı Təqvim Planını təsdiqləyib Referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq
Daxili siyasət
27 İyul , 2016 16:52
​MSK referendumun keçirilməsi ilə bağlı Təqvim Planını təsdiqləyib

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edilib.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, referendumla bağlı bildirişlərin hazırlanması ilə bağlı tələblər avqustun 17-dək təsdiqlənəcək. Səsvermədə exit-poll keçirmək istəyən təşkilatlar sənədlərini sentyabrın 6-dək MSK-ya təqdim edə bilərlər. Avqustun 16-dək isə bununla bağlı qərar veriləcək. Səsvermə günü seçici fəallığı ilə bağlı gün ərzində 5 dəfə məlumat veriləcək.

İclasda referendumda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində 9 nəfərdən ibarət ekspert qrupu və işçi qrupu yaradılıb. Ekspert qrupları dairə seçki komissiyalarına daxil olmuş şikayətlərin araşdırılması ilə məşğul olacaqlar.

Referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi