MSK: Referendumda neqativ halın baş verməsi ilə bağlı müraciət daxil olmayıb

MSK: Referendumda neqativ halın baş verməsi ilə bağlı müraciət daxil olmayıb Müraciətlər seçki məntəqələrinin ünvanının öyrənilməsi üçün olub
Daxili siyasət
26 Sentyabr , 2016 20:14
MSK: Referendumda neqativ halın baş verməsi ilə bağlı müraciət daxil olmayıb
Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün keçirilən ümumxalq səsverməsi ilə (referendum) bağlı Mərkəzi Seçki Komissiyasının 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb.

“Report”un xəbərinə görə, bu barədə Mərkəz Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

O bildirib ki, səsvermə zamanı qanun pozuntularının olması ilə bağlı MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmasa da, seçki məntəqələrinin ünvanının öyrənilməsi üçün müraciətlər olub.

Son xəbərlər

Orphus sistemi