MSK referendum üzrə "Yeni Azərbaycan” təşviqat qrupunu qeydiyyata alıb

MSK referendum üzrə "Yeni Azərbaycan” təşviqat qrupunu qeydiyyata alıb MSK-nın iclasında “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydiyyata alınması məsələsinə baxılıb
Daxili siyasət
17 Avqust , 2016 16:22
MSK referendum üzrə Yeni Azərbaycan” təşviqat qrupunu qeydiyyata alıb

Bakı. 17 avqust. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydiyyata alınması məsələsinə baxılıb.

"Report"un xəbərinə görə, bununla bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

O qeyd edib ki, 2016-cı il sentyabr ayının 26-a təyin olunan Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılan “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb və qeydə alınması üçün MSK-ya təqdim edib.

Daha sonra məsələ səsə qoyulub və təşviqat qrupu qeydə alınıb.

Qeyd edək ki, YAP 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 40 mindən artıq seçici imzası toplayıb.

Son xəbərlər

Orphus sistemi