MSK-nın Nəzarət-Təftiş Xidmətinin tərkibinə dəyişikliklər edilib

MSK-nın Nəzarət-Təftiş Xidmətinin tərkibinə dəyişikliklər edilib 2 saylı Şərur, 92 saylı Zərdab-Ucar, 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyalarının tərkibində dəyişikliklər edilib
Daxili siyasət
25 May , 2015 16:17
MSK-nın Nəzarət-Təftiş Xidmətinin tərkibinə dəyişikliklər edilib

Bakı. 25 may. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, əvvəlcə MSK-nın mayın 15-də keçirilən iclasının protokolu təsdiqlənib.

İclasda MSK-nın bəzi normativ xarakterli aktlarına və seçki prosesində maliyyələşmə ilə əlaqədar Nəzarət-Təftiş Xidmətinin tərkibinə dəyişikliklər edilib.

Sonra 2 saylı Şərur, 92 saylı Zərdab-Ucar, 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyalarının tərkibində dəyişikliklər edilib.

Son xəbərlər

Orphus sistemi