Bakı. 16 aprel. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində iki yeni qrup yaradılıb. “Report”un xəbərinə görə, MSK-nın bu gün keçirilən iclasında 2016-cı il iyunun 18-ə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb.
Bundan əlavə, iclasda 2016-cı il iyunun 18-ə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə MSK nəzdində işçi qrupu yaradılıb və tərkibi müəyyən edilib.
İclasda həmçinin 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının tərkibi müəyyən edilib.