​MSK daha bir məntəqədə seçkinin nəticəsini ləğv edib

​MSK daha bir məntəqədə seçkinin nəticəsini ləğv edib Komissiyanın növbəti iclası keçirilib
Daxili siyasət
7 Yanvar , 2015 17:12
​MSK daha bir məntəqədə seçkinin nəticəsini ləğv edib

Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 

“Report”un məlumatına görə, iclasda Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb.

71 saylı Masallı Kənd Seçki Dairəsində 4 saylı məntəqənin seçki nəticələri ləğv edilib. Belə ki, həmin dairədən namizəd Hikmət Xanməmmədovun qanun pozuntuları ilə bağlı MSK-ya daxil olan müraciəti Ekspert Qrupu tərəfindən araşdırılıb. Namizəd müraciətində iddia edib ki, dairənin 2, 3, 4, 5, 6, 37 və 38 saylı məntəqələrində qanun pozuntuları baş verib. Ekspert Qrupu məsələni araşdırıb, məlum olub ki, 4 saylı məntəqədən başqa digər məntəqələrdə seçkilər şəffaf keçirilib. Buna görə də həmin məntəqədə seçkinin nəticəsi ləğv edilib.

Daha sonra 27 saylı Sabunçu Seçki Dairəsində Kürdəxanı, 64 saylı Sabirabad Seçki Dairəsində Nizami, 55 saylı Xaçmaz Seçki Dairəsində Qaraqurdlu, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində Mahmudavar, 82 saylı Ağcabədi Seçki Dairəsində Şahsevən, 109 saylı Balakən Seçki Dairəsində Balakən, 70 saylı Masallı Şəhər Seçki Dairəsində Çaxırlı bələdiyyələri üzrə namizədlərdən daxil olan şikayət xarakterli müraciətlərə baxılıb. Bu şikayətlərin bir qismi təmin olunmayıb, digər müraciətlər isə qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec göndərildiyinə görə geri qaytarılıb.

Son xəbərlər

Orphus sistemi