Bakı. 16 sentyabr. REPORT.AZ/
“Report”un məlumatına görə, əvvəlcə MSK-nın 12 sentyabr 2015-ci il tarixli iclasının protokolu təsdiq edilib.
İclasda bu il noyabrın 1-də parlamentə keçiriləcək seçkilərdə iştirak edəcək siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.
“Azadlıq-2015” seçki blokundan 17, Azərbaycan Demokratik İslahatlar Partiyasından (DİP) 1 səlahiyyətli nümayəndə qeydə alınıb.
Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.