MSK bəzi partiyaların səlahiyyətli nümayəndələrini qeydə alıb

MSK bəzi partiyaların səlahiyyətli nümayəndələrini qeydə alıb Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Daxili siyasət
8 Sentyabr , 2015 16:17
MSK bəzi partiyaların səlahiyyətli nümayəndələrini qeydə alıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, əvvəlcə MSK-nın 2 və 4 sentyabr iclasının protokolu təsdiq edilib.

İclasda bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə olunub.

“Azadlıq-2015” seçki blokundan 57, Demokratik İslahatlar Partiyasından (DİP) 5, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 7 nəfər, Azərbaycan Sosial Rifah Partiyasından 4, Müsavat Partiyasından 18, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) 10, Azərbaycan Demokrat Partiyasından (ADP) 18 səlahiyyətli nümayəndə qeyd alınıb.

Sonda cari məsələlərə baxılıb.

Son xəbərlər

Orphus sistemi