​MSK 90 saylı Ağdaş dairə seçki komissiyasının İlqar Məmmədovla bağlı çıxardığı qərarı ləğv edib

​MSK 90 saylı Ağdaş dairə seçki komissiyasının İlqar Məmmədovla bağlı çıxardığı qərarı ləğv edib DSK-nın qərarı dolğun olmadığından ləğv edilib
Daxili siyasət
19 May , 2016 16:30
​MSK 90 saylı Ağdaş dairə seçki komissiyasının İlqar Məmmədovla bağlı çıxardığı qərarı ləğv edib

Bakı. 19 may. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə namizədliyini öz təşəbbüsü ilə irəli sürən REAL Hərəkatının sədri İlqar Məmmədovun müraciətinə baxılıb.

“Report” xəbər verir ki, İ.Məmmədov MSK-ya müraciətində onunla bağlı çıxarılan qərarın ləğvini xahiş edib.

MSK üzvü Qabil Orucov deyib ki, namizədliyin irəli sürülməsi zamanı zəruri seçki sənədləri təqdim olunmalıdır: “Əgər bu sənədlər dolğun təqdim edilmirsə, şəxsin namizədliyi qeydə alına bilməz. Məlum olub ki, namizədliyin qeydə alınması üçün sənədləri Dairə Seçki Komissiyasına səlahiyyətli nümayəndə deyil, başqa bir şəxs təqdim edib. O, həm də məhkumdur. Dairə seçki komissiyası isə yalnız onun məhkum olduğunu əsas gətirərək namizədliyini qeydə almayıb”.

MSK sədri Məzahir Pənahov deyib ki, Seçki Məcəlləsinə əsasən, barəsində həbs qərarı olan şəxslər seçkidə iştirak edə bilməzlər: “Dairə seçki komissiyası İlqar Məmmədova Şəki Apellyasiya Məhkəməsinin qərarından əvvəl imza vərəqələri verib. Yəni ona şərait yaradılıb. Məhkəmənin həbs qərarından sonra isə onun namizədliyi qeydə alına bilməzdi”.

MSK üzvü Q.Orucov bildirib ki, DSK-nın qərarı dolğun olmadığından ləğv edilməlidir, İ.Məmmədovun da namizədliyinin qeydə alınması əsassız hesab edilməlidir.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi