​Yazıçı Seymur Baycan gəncləri Milli Şuranın mitinqində iştirak etməməyə çağırıb

​Yazıçı Seymur Baycan gəncləri Milli Şuranın mitinqində iştirak etməməyə çağırıb "Siz bu oyunlarda iştirak etməsəniz, daha yaxşı olar"
Daxili siyasət
31 Mart , 2015 16:32
​Yazıçı Seymur Baycan gəncləri Milli Şuranın mitinqində iştirak etməməyə çağırıb

Bakı. 31 mart. REPORT.AZ/ Yazıçı-publisist Seymur Baycan Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı gənclərə müraciət edib.

"Report"un məlumatına görə, S.Baycan gəncləri mitinqdə iştirak etməməyə çağırıb: "20 ildir insanları barmağına dolayan, prinsipsiz, uğursuz, nə etdiklərini özü də bilməyən adamlara baş qoşmasanız, sizin üçün daha yaxşı olar. Düzdür, bu çağırış bilirəm ki, birmənalı qəbul olunmayacaq, amma mən bunu deməyə özümü borclu hesab edirəm".

S.Baycan müraciətində Milli Şuranın sədri Cəmil Həsənlinin hələ də Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğunu, xalq yazıçısı Anar Rzayevi müdafiə etdiyini və onu "dostum" adlandırdığını xatırladıb. Yazıçı bu səbəbdən də Cəmil Həsənlini qeyri-ciddi və prinsipsiz adam adlandırıb. 

"Mitinqə aparmağa adam lazımdırsa, indi qoy Cəmil Həsənli zəhmət çəkib, Azərbaycan Yazıçılar Birliyinin üzvlərini aparsın. Siz bu oyunlarda iştirak etməsəniz, daha yaxşı olar", - S.Baycan əlavə edib.

Son xəbərlər

Orphus sistemi